BANK

“Visa” və “MasterCard” Rusiya bazarından gedir?
12 İYUL
94

“Visa” və “MasterCard” Rusiya bazarından gedir?

2019-07-12 14:48:00

KİV -də yayılan məlumatlara görə, Beynəlxalq ödəmə sistemləri “Visa” və “MasterCard” Rusiya bazarından gedə bilər.

Fins.az xəbər verir ki, “Kommersant” nəşrinin bildirdiyinə görə, bu hadisə iyulun 23-də Dövlət Dumasının ikinci oxunuşda baxacağı “Milli Ödəmə Sistemi” haqqında qanun layihəsinə düzəliş ilə bağlıdır.

Nəşrin qeyd etdiyinə, əsasən belə təşəbbüsün səbəbi Rusiyada kart ödənişlərinin davamlılığının təmin edilməsi məqsədi daşıyır.

Sənədə, əsasən yeni qəbul olunma ehtimalı olan tələblər ölkədəki bütün xarici ödəmə sistemlərinə təsir edəcək.

Bildirilir ki, yeni qaydalara görə, ödəmə sistemləri beynəlxalq sanksiyalar altına düşmüş bank kartları ilə hesablamaları dayandırmalıdır.

Nəşr qeyd edir ki, nə “Visa”, nə də “Mastercard” yeni qaydaları yerinə yetirə bilməyəcək, çünki onlar baş ofisin göstərişlərinə məhəl qoymaya bilməzlər.

©Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9142
  • ₽ RUB
    0.0271