BANK

Azərbaycanda 169,134 min manat gəliri olan qurum
11 İYUL
212

Azərbaycanda 169,134 min manat gəliri olan qurum

2019-07-11 23:16:00

2018-ci ildə Milli Depozit Mərkəzi ümumi aktivləri 73,9 faiz artırıb.

Bu barədə fins.az Baker Tilly Audit Azerbaijan CJSC-nin audit hesabatına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Mərkəzin maliyyə gəlirləri 169,134 min manat olub. Gəlir vergisi 62,675 manat məbləğində çıxıldıqdan sonra xalis mənfəət 170,136 manat təşkil edib.

Məcmu kapital 2,8 faiz artaraq 6,218 milyon manat təşkil edib. Bu artım kapital ehtiyatlarının həcminin 5,3 faiz artaraq 3,39 milyon manatadək artmasına səbəb olub. Nizamnamə kapitalı dəyişməz olaraq 2,7 milyon manat təşkil edib. Bölünməmiş mənfəət 128,052 manat olub.

Mərkəzin əməliyyat gəlirləri 29,3 faiz azalaraq 2,596 milyon manat olub. Xərclər də öz növbəsində demək olar ki, 32 faiz azalıb, 2,532 milyon manat təşkil edib. Nəticədə əməliyyat xərci 64,678 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır