BANK

Azərbaycandan Gürcüstana pul köçürmələri 14%-dən çox artıb
15 İYUN
301

Azərbaycandan Gürcüstana pul köçürmələri 14%-dən çox artıb

2019-06-15 19:09:00

Ötən ay Azərbaycandan Gürcüstana 1,92 mln. dollar pul köçürülüb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 14,02% artıb. Azərbaycandan Gürcüstana daxil olan pul kütləsinin ümumi köçürmələrdə payı 1,32% təşkil edib.

May ayında qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 145,8 mln. dollar pul daxil olub. Bu məbləğ illik müqayisədə 15,4 mln. dollar və ya 11,8% çoxdur.

Hesabat ayında Gürcüstandan xarici ölkələrə isə 20,5 mln. dollar pul köçürülüb. İllik müqayisədə bu göstəricidə 3,9%, yaxud 19,7 mln. dollar artım qeydə alınıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır