BANK

Bank sədri əmanət faizlərinin düşəcəyini gözləyir
12 İYUN
254

Bank sədri əmanət faizlərinin düşəcəyini gözləyir

2019-06-12 16:11:00

“Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 15%-də saxlanılmasının hazırda iqtisadi əsası yoxdur”.

Bunu  “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

100% xarici kapitallı Bankın sədri, “Milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi təbii olaraq aşağı düşməlidir” deyib və əlavə edib:

“15% tətbiq olunan vaxt AZN depozitinin faizi ortalama 15% idi. İndi əmanət faizləri ortalama 10-12% civarındadır. Mən əmanət faizlərinin orta hesabla 8-9%-ə düşəcəyini gözləyirəm. Mənim fikirimcə, yuxarı həddin 15%-də saxlanılmasının iqtisadi əsası yoxdur. Həmçinin, gələcəkdə sığortalama mexanizminin yalnız Manat əmanətlərinə şamil olmasını məqsədəuyğun hesab edirəm”.  

Anar Həsənov qeyd edib ki, aparılan islahatlar nəticəsində banklara daxil olan vəsaitlər artır. Həmçinin "AccessBank"ya yerləşdirilən əmənətlər də sürətlə artır: 

"Depozitlərin sürətlə artması ümumi iqtisadi stabilliyin, həm də əmanətlərin tam sığortalanması müddətinin daha bir uzadılmasının nəticəsidir. Bu ilin Fevralında əmanətlərin tam sığortalanması müddətinin daha 1 il uzadılması çox düzgün qərar idi". 

Xatırladaq ki, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin hyuxarı həddi 15%, xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 3% müəyyən edilib. Qanuna görə, əmanətlər tam sığortalanır.  

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır