BANK

Əhali kreditlərdən imtina edir – YENİ DALĞA
24 YANVAR 2017
3373

Əhali kreditlərdən imtina edir – YENİ DALĞA

2017-01-24 10:31:00

Dövlət Statistika Komitəsi 2016-cı ildə əhalinin banklarda olan əmənətləri və kreditlərin həcmini açıqlayıb. Fins.az xəbər verir ki, 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 275,5 milyon manat təşkil edib.  

Həmin məbləğin böyük hissəsini -12 824,5 milyon manatı uzunmüddətli kreditlər təşkil edib.  Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ni təşkil edib. Başqa sözlə, 1 442,3 milyon manat problemli kredit qalıb.

Əhalinin banklardakı əmanətlərinin məbləği isə 2016-cı il dekabr ayının 1-nə 7 605,8 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır