AVTO

Azərbaycanda ABŞ-dan olan avtomaşınlar. Bunlar necə işləyir?
07 OKTYABR
338

Azərbaycanda ABŞ-dan olan avtomaşınlar. Bunlar necə işləyir?

2019-10-07 17:18:00

Azərbaycan bazarına daha çox Amerikadan avtomaşınlar daxil olur. Əgər buna qədər Amerika maşınları Gürcüstan vasitəsilə ölkəmizə idxal olunurdusa, indi Azərbaycana əvvəllər ABŞ-dan Ukraynaya, Gürcüstana, Belarusa və s. ölkələrə avtomobil idxalı sistemini əvvəllər artıq işləyib hazırlamış iri şirkətlər daxil olmaqdadır və onlar ABŞ-dan olan avtomaşınları birbaşa ABŞ-dan Azərbaycana gətirmək imkanına malikdirlər. Bu təkcə ucuz başa gəlmək baxımından yox, həm də daha təhlükəsizdir. Amerika Birləşmiş Ştatlarından maşınların gətirilməsi sxemi necə işləyir? ABŞ-dan, Kanadadan və Koreyadan maşınların idxalı ilə məşğul olan iri beynəlxalq şirkət olan  AuctionAutomütəxəssisləri ilə bu barədə danışaq.

Proses nədən başlayır?

Avtomaşınların Amerika Birləşmiş Ştatlarından alınması əsas sığorta hərraclarında yaxşı avtomobilin axtarışı ilə başlayır. Axtarışın dəqiq işlənib hazırlanmış alqoritmi mövcuddur və ABŞ-dan yaxşı avtomobilin seçilib gətirilməsi mürəkkəb olacaq. Müştərinin arzuları və maksimal büdcəsi tam nəzərə alınmaqla avtomobil axtarılır. Bir qayda olaraq, maşının yekun dəyəri üzrə tam hesablaşma şirkət hələ hərraca daxil olduğu anda bildirilir. Qısaca olaraq, bütün proses aşağıdakı addımlardan ibarətdir:

  •        Avtomaşının müştərinin sorğusuna və büdcəsinə əsasən axtarılıb seçilməsi
  •        Çatdırılma, gömrük rəsmiləşdirmələri, təmir və rəsmiləşdirmə də daxil olmaqla avtomaşının yekun dəyərinin hesablanması;
  •        Maşının tarixçəsinin yoxlanması: indiki vəziyyəti, tarixçəsi
  •        Müştəri adından hərracda iştirak etmə
  •        Alışın sənədli rəsmiləşdirilməsi, vəsaitin Amerikaya köçürülməsi
  •        Azərbaycana çatdırılmanın rəsmiləşdirilməsi
  •        Broker/ekspeditor xidmətləri
  •        Avtomaşının gömrük rəsmiləşdirmələrindən keçirilməsi, sertifikatlaşdırma, təmir və uçota alma
  •        Hazır avtomobilin sifarişçiyə verilməsi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır