AVTO

Bosch elektromobillərin təhlükəsizliyini partlayışlar vasitəsilə yaxşılaşdırmağı təklif edib
04 OKTYABR
140

Bosch elektromobillərin təhlükəsizliyini partlayışlar vasitəsilə yaxşılaşdırmağı təklif edib

2019-10-04 09:33:00

Yanacaq çəninin və qaz balonlarının olmamasına baxmayaraq, elektromobillər yol-nəqliyyat hadisəsinə düşdükdə xoşagəlməz nəticələrdən sığortalanmayıb, buna görə də onların təhlükəsizliyinin artırılması üzərində həm avtomobil istehsalçıları, həm də onların tərəfdaşları işləyirlər. 

Fins.az TED-ə istinadən xəbər verir ki, Bosch şirkəti yol-nəqliyyat hadisəsi baş verdikdə, avtomobilin kapotu altında məqsədyönlü partlayışlardan istifadə etməklə sürücünün qorunması üçün qeyri-adi üsul işləyib hazırlayıb. 

Avtomobil qəzaya düşdükdə elektrokarlar da alışma təhlükəsinə məruz qalırlar, akkumulyator və naqil zədələndikdə, kuzovun üzərinə cərəyan sızması baş verə bilər ki, bu da həm sürücü, həm də xilasetmə briqadası üçün təhlükə yaradır. Əlavə təhlükəsizlik tədbiri kimi Bosch şirkəti piropatronlara əsaslanan kiçik qurğular yaradıb: yol nəqliyyat hadisəsi baş verərkən onlar güc kabellərini qıran kiçik, nəzarət olunan partlayışlar yaradırlar.

İstehsalçıların sözlərinə görə, bu yanaşma elektrik cərəyanına zərər riskini əhəmiyyətli dərəcədə azaldaraq, kabellərin batareyaya fiziki birləşməsini aradan qaldırır. Təhlükəsizlik yastıqlarının işə salındığı cihazlarda olduğu kimi, avtomobilin sərnişinlərinə təhlükə yaratmaması üçün partlayışlara ciddi şəkildə nəzarət edilir. Yeni texnologiya qəza vəziyyətində yaranan bütün riskləri aradan qaldırmasa da, Bosch şirkətinin nümayəndələri əmindirlər ki, onun tətbiqi ekoloji nəqliyyatın təhlükəsizliyində elektromobil sahiblərinin narahatlığını azaltmağa kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır