AVTO

Lamborghini Reventon Roadster 20 seçilmiş model arasında ən bahalısıdır
03 OKTYABR
528

Lamborghini Reventon Roadster 20 seçilmiş model arasında ən bahalısıdır

2019-10-03 17:56:00

Lamborghini Reventon dizaynı qırıcı təyyarələrdən götürülüb və ilk dəfə 2 il bundan öncə  Frankfurtda təqdim olunub. O vaxtdan eksklüziv avtomobillərin hər biri 1 mln avro olmaqla 21 nümunə istehsal olunub. Fins.az-ın TED.az-a istinadən məlumatına görə, bu dəfə yalnız 20 seçilmişin taleyinə yeni Lamborghini ilə yolçuluq etmək şansı nəsib olub.

Lamborghini Reventon Roadster Murcielago modeli əsasında qurulan bütün dövrlərin ən bahalısıdır.  Dörd təkər 12 silindrli mühərriklə işləyir, 6,5 litrə və 478 kVt gücə (650 at gücünə) malikdir. Roadster 493 kVt (670 at gücünə) malik bir az da güclü mühərrik alacaq.

İnternetdə yayımlanan ilk fotoşəkillərdən görünür ki, Lamborghini Reventon Roadster-in əvvəlki versiyasından yalnız damının olmaması ilə fərqlənəcək. Banın digər elementləri isə olduğu kimi qalır. Avtomobilin ön tərəfində 245/35 şinləri olan 18 düymlük, arxa hissəsində isə 335/30, 380 mm diametrli təkərləri olan keramika əyləcləri olacaq. İnteryerdə karbon lifi, dəri elementləri, həmçinin iki LCD displey var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır