AVTO

Gələcək elektromobilindir
11 SENTYABR
82

Gələcək elektromobilindir

2019-09-11 13:11:00

“Porsche” şirkəti yeni istehsal etdiyi “Taycan” adlı ilk elektromobilini müştərilərə təqdim edib.

Yeni modelin təqdimatı Kanada, Almaniya və Çində keçirilib. İcraçı direktor Oliver Blume deyib ki, bu elektromobil şirkət üçün yeni dövrün başlaması deməkdir.

Bildirilir ki, “Porsche Taycan” “Turbo” və “Turbo S” versiyalarında satışa çıxarılacaq. Qeyd edilir ki, elektromobil 761 at gücünə malikdir və saatda 100 kilometr sürəti 2,8 saniyəyə yığır. Məlumatı “Autocar” yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır