AVTO

Azərbaycanda bu avtomobillərin SATIŞINA başlanılıb - QİYMƏT
07 AVQUST
1200

Azərbaycanda bu avtomobillərin SATIŞINA başlanılıb - QİYMƏT

2019-08-07 10:12:00

Azərbaycanda Hyundai İONİQ modelinin yeni versiyasının satışına başlanılıb.

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distrubutoru "Auto Azerbaijan" şirkətindən Fins.az-a bildirilib ki, Hyundai, ECO seriası ilə ölkəmizdə yalnız İONİQ EV (tam elektrik) və İONİQ PHEV (Plug in hibrid) modelləri ilə təmsil olunmaqdadır.

Elektrikli avtomobillərdə benzin mühərriki olmur. Plug-un hibrid avtomobillərdə isə elektrik mühərriki ilə bərabər benzin mühərriki də olur. Beləliklə, avtomobilin getməsi üçün iki yanacaq istifadə edilir.

Ölkəmizə yeni gətirilmiş İNOQ PHEV avtomobilinin geniş ictimaiyyətə təqdimatı bu ay keçirilmiş “Caspian Motor Show” sərgisində edilmiş və avtomobil sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Avtombil ölkəmizdə 56900 AZN-dən başlayan qiymətlərlə təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır