AVTO

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək - FOTO
29 İYUL
169

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək - FOTO

2019-07-29 15:01:00

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Federasiyanın məlumatına əsasən, bununla əlaqədar olaraq 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-i saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.

Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır