BANK

26 İyul
104

"Nissan" şirkəti bankrot olur

Yaponiya mərkəzli avtomobil şirkəti "Nissan" zəif maliyyə nəticələrindən dolayı işçilərini ixtisar etmək məcburiyyərində qalıb.

Fins.az xəbər verir ki, 2020-ci ildə ixtisarlar 7 ölkədə, daha sonra isə digər 6 ölkədə həyata keçiriləcək.

2022-ci (31 mart 2023) maliyyə ilinin sonuna qədər avtokonsernin 12 500 işçisi ixtisar olunacaq. O, cümələdən hazırkı maliyyə ilinin sonuna qədər 7 ölkədə 6400 nəfər işdən çıxarılacaq (ABŞ 1420 nəfər, Meksika 1000, Böyük Britaniya 90, İspaniya 470, İndoneziya 830, Yaponiya 880, Hindistan 1710). Buna əlavə olaraq, eyni dövrdə "Nissan" istehsal güclərini 10%, model xəttini də bir o qədər azaldacaq.

Qeyd edək ki, 2019-cu maliyyə ilinin ilk rübünə maliyyə nəticələrini açıqlayan şirkətin xalis mənfəəti 18 dəfəyə yaxın azalaraq 6,4 milyard yenə (59 mln. dollar), məcmu gəlirləri isə 13% azalaraq 2,3 trln. yenə (21,3 mlrd. dollar) düşüb. Mənfi nəticələrə görə şirkət satışların azalması, xammal xərclərinin artması, valyuta məzənnəsindəki titrəyişləri və normativ standartlara uyğun gəlmə istiqamətindəki investisiyaları göstəırib. Karlos Qonla bağlı qalmaqal haqqında şirlətin yaydığı press-relizdə heç bir məlumat qeyd olunmayıb.