AVTO

Maşın bazarına YENİ avtomobil çıxarılır
26 İYUL
917

Maşın bazarına YENİ avtomobil çıxarılır

2019-07-26 16:15:00

Alman konserni “Volkswagen” krossoverlərin model xəttinin genişləndirilməsinin davamı olaraq “Volkswagen Polo”nun bazasında yeni kompakt-kross buraxmaq niyyətindədir.

Fins.az xəbər verir ki, avtomobil konveyerə 2021-ci ildə, bazara isə 2022-ci ilin əvvəlində çıxarılacaq.

Yeni krossover hələlik “Taigun”un prototipinin konsepsiyası çərçivəsində işlənib hazırlanacaq. Bu, o deməkdir ki, avtomobil hibrid güc aqreqatları vasitəsilə hərəkətə gələcək və tam elektrik versiyaya da malik olacaq.

Xatırladaq ki, “Volkswagen Taigun” konsepti bir neçə il əvvəl təqdim olunsa da, indiyə qədər inkişaf etdirilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır