AVTO

Dünyada ilk dəfə bu cür avtomobil təqdim olundu
25 İYUL
740

Dünyada ilk dəfə bu cür avtomobil təqdim olundu

2019-07-25 16:51:00

Hyundai Motor dünyada ilk dəfə ASC (Active Shift Control) və günəş panelli tavan sistemi ilə təchiz edilmiş Sonata Hybrid avtomobilini  təqdim edib. 

Fins.az xəbər verir ki, Sonata hybrid əvvəlki modelə nisbətən mükəmmələşdirilmiş dinamik elementləri vasitəsilə ekskluziv dizayna sahib olmuşdur. Modelin çarpazvari elementlərlə təchiz olunmuş radiator barmaqlığı, xüsusi yüngül xəlitədən hazırlanmış spoyleri təbiət dostu olmasını qabartmaqla yanaşı incə aerodinamikayaya sahib olmasını təmin edir.  

Avtomobilin tavan hissəsində qurulmuş günəş panelləri vasitəsilə gündəlik 6 saatlıq dolumla 1 il ərzində əlavə 1300 km məsafənin qət olunması mümkündür. Bu qurğu vasitəsilə elektrik batareyasnın itirilmiş enerjisi qismən kompensasiya edilir.

Hyundai həmçinin dünyada ilk dəfə ASC texnilogiyasının tətbiq etməklə dinamik idarəetmə zamanı yanacaq sərfiyyatına qənaət etmək imkanınını da təmin etmiş oldu.

Belə ki, ASC tərəfindən istifadə edilən və hibrid blokunun məntiqi idarəetməsini daha sonra isə elektrik mühərrikin dövlərininin tənzimlənməsi üçün nəzərdə tutulan proqram təminatı sayəsində müddətinin 30% azalmasına səbəb olur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır