AVTO

Bakıda polis “BMW” və “FIAT”ları 5 000 AZN-ə satılır
08 İYUL
283

Bakıda polis “BMW” və “FIAT”ları 5 000 AZN-ə satılır

2019-07-08 17:20:00

Bakı şəhəri üzrə sonuncu tarixdə keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı və qiyməti açıqlanıb.

Fins.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda ümumilikdə 6 avtomobil satışa çıxarılıb.

Satışa çıxarılan avtomobillərdən 5-i (Marka: 1 ədəd FIAT Doblo, 4 ədəd “BMW”) Daxili İşlər Nazirliyin məxsusdur.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus 2006-ci ilin buraxılışı olan 3 ədəd BMW 320 markalı avtomobil 5200 manata, 1 ədəd BMW 523 (yararsız vəziyyətdə) 5000 manata satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027