AVTO

6 min manatı ver, apar
08 İYUL
218

6 min manatı ver, apar

2019-07-08 10:20:00

Bakının bəzi mağazalarında yüksək qiymətə velosipedlər satılır. Mağazalarda 6 min manatdan da baha velosipedlər təklif edilir.

Fins.az-ın məlumatına görə, velosipedlərdən birinin qiyməti 6 min manatdan yuxarıdır.

Bildirilir ki, bu elektro velosipeddir. Bununla saatda 25 km sürətə qədər hərəkət etmək mümkündür. Digər bir velosipedin qiyməti isə 5334 manatdır. Bu velosiped əsasən yarışda istifadə edilməsi üçün nəzərdə tutulub. Satıcılar deyirlər ki, qiymətləri yüksək olan velosipedlərin bir sıra üstünlükləri var. Onlar velosiped alarkən diqqətli olmağı da tövsiyə edirlər. Əks halda yanlış seçim sizi əlavə maddi ziyana sala bilər. Həmçinin satıcılar bildirir ki, Avropa istehsalı olan velosipedlər daha keyfiyyətli hesab edilir. Qeyd edək ki, velosipedlər ölkəmizə əsasən Polşa, Almaniya, Amerika, İtaliya və Çindən gətirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027