AVTO

Nazirdən tənqid: "Ölüm avtomobili" istehsal etməyin
04 İYUL
382

Nazirdən tənqid: "Ölüm avtomobili" istehsal etməyin

2019-07-04 14:48:00

İranın Səhiyyə naziri Səid Nemeki, ölkəsindəki avtomobil istehsalçıları tərəfindən istehsal olunan avtomobilləri "ölüm avtomobili" kimi qiymətləndirib.

Fins.az Marja-ya  istinadən xəbər verir ki, İranın Səhiyyə naziri Nemeki, Kirman əyalətində Müalicə Təhsil Mərkəzinin açılış mərasimində etdiyi çıxışında, ölkədəki yol qəzalarındakı ölüm hallarının yüksəkliyinə diqqəti çəkib.

Ölkə daxilindəki yol qəzalarında ildə 16 mindən çox adamın öldüyünü bildirən Nemeki, qəzaların qarşısını alacaq tədbirlərin əvvəlcədən görülməsinin vacib olduğunu bildirib.
 
İrandakı avtomobil istehsalçıları tərəfindən istehsal olunan avtomobillərin təhlükəsiz olmadığını bildirən Nemeki,"Yol qəzalarını qarşısını almaq üçün həm xalqı marifləndirməliyik, həm də avtomobil istehsalçılarını, "ölüm maşınları" istehsal etməyi bir kənara qoyaraq "avtomobil" istehsal etməyə məcbur etməliyik" deyib.

İran Polis İdarəsinin məlumatına görə, 2017-ci ildə ölkədəki yol qəzalarında 16 mindən çox adam ölüb.

Ölkədə ən iri avtomobil istehsalçıları "İran Khodro" və "Saipa" şirkətləridir. "İran Khodro" Azərbaycanın "Azərmaş" şirkətilə birgə Neftçalada "Khazar" markalı avtomobillər istehsal edir.

Avropanın avtomobil istehsalçıları Peugeot, Renault və Citroen kimi şirkətlər, ABŞ sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027