AVTO

Avtomobil qəzalarında zərərin ödənilməsi üçün - YENİ QAYDA
03 İYUL
398

Avtomobil qəzalarında zərərin ödənilməsi üçün - YENİ QAYDA

2019-07-03 16:45:00

Azərbaycanda sığortaçılar tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərləri birbaşa tənzimləmə mexanizmi yaradılacaq.

Fins.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına 2019-2020-ci illərdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydaların hazırlanması və tətbiq edilməsi tapşırılıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027