AVTO

Azərbaycanda avtomobilləri su qiymətinə satan şəxs - MÜSAHİBƏ
18 İYUN
8172

Azərbaycanda avtomobilləri su qiymətinə satan şəxs - MÜSAHİBƏ

2019-06-18 10:10:00

 "Avtomobil sifarişi" şirkətinin rəhbəri Elnar Rzazadənin Fins.az-a verdiyi müsahibəni təqdim edir: 

Özünüz haqqında məlumat verərdiniz? Bu sahəyə necə maraq yaranıb sizdə?

Mən - Rzazadə Elnar 16 İyul 1987-ci ildə Bakı şəhərində anadan olmuşam.

1994-2005-ci illərdə orta məktəbdə, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi Kibernetika üzrə bakalavr təhsili, 2010-2012-ci illərdə isə həmin Universitetdə Maliyyə üzrə magistr təhsili almışam.

Bəlkə gülməli olacaq, ancaq avtomobilə olan həvəsim lap kiçik yaşlarından atam tərəfindən yaranıb. Belə ki, təxminən 3 yaşımda olarkən 3 çarxlı velosipedlə “qəza” etmişəm və ondan sonra valideynlərim ehtiyat edərək bir daha mənə velosiped almayıblar. Buna görə də hələ də 2 çarxlı vülosiped sürə bilmirəm. 11 yaşım olanda isə atam indi “Bakı Beynəlxalq Avtovağzalı”nın ərazisində yerləşən o vaxtkı “Motodrom”a apararaq ilk dəfə avtomobil idarə etməyi öyrədib.

Avtomobil satışının çətinliyi nədədir? İlk öncə nəyi bilmək lazımdır?

Avtomobilləri sevsəm də bu mənim əsas məşğuliyyətim deyil. Yəni bu sahədə olan çətinliklər mənim üçün sadəcə bir təcrübədir.

Maşınları ən çox haradan gətirirsiz?

Məlum olduğu kimi avtomobilləri əsasən Cənubi Koreyadan gətiririk. Bəzi model avtomobillər digər ölkələrə nisbətən baha olsa da onların komplektasiyası, hazırkı durumu daha yaxşı olur. Üstünlüyümüz isə müştərilər tərəfindən bəyənilən avtomobillərin yerində yoxlanılması üçün orada nümayəndəmizin olmasıdır.

Bu ölkədən gətirməklə digər ölkələrdən nə ilə fərqlənir? Nə üstünlüyü var?

Azərbaycanda baş vermiş devalvasiyadan irəli gələrək istehsal ili o vaxtadək olan avtomobillərin ölkəyə gətirilməsi bir o qədər də sərf etmir, çünki o vaxt ölkəmizdə olan avtomobillər ucuz alındığından indi də nisbətən ucuz satıla bilir.

Xaricdən gətirilən avtomobillə Azərbaycanda satılan avtomobilin nə qədər qiymət fərqi olur?

Hər kəsə məlum olduğu kimi ölkəyə avtomobil gətirildiyində əsas qarşılaşılan maneə gömrük rüsumu ilə bağlıdır. Gömrük rusumunun avtomobilin hansı yanacaq növünü işlətməsindən asılı olmayaraq mühərriyin işlək həcminə görə tətbiq olunmasını isə heç bir halda qəbul edə bilmərəm. Çünki hazırda hibrid və elektro avtomobillər istehsal olunur və onların istifadəsi həm alıcının büdcəsinə, həm ətraf mühitə daha faydalı olduğundan həmin tip avtomobillərin istifadəsinə şərait yaradılmalıdır.

Bu sahəyə və fəaliyyətimizə diqqət ayırdığınıza görə sizə öz dərin təşəkkürümüzü bildiririk.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257