AVTO

"Hyundai-ın yeni modelləri gəlir" - Səfər Aslanov
21 MAY
1764

"Hyundai-ın yeni modelləri gəlir" - Səfər Aslanov

2019-05-21 09:45:00

Fins.az “Hyundai Azərbaycan”ın Marketinq Kommunikasiyaları Şöbəsinin rəhbəri Səfər Aslanovu müsahibəsini təqdim edir.

- “İstrahət mövsümü”  və “Yaya Hazırlıq”  kampaniyaları  barədə ətraflı məlumat verə bilərsinizmi? Bu kampaniyalar  hansı modellərə aiddir?

Yay mövsümü ilə əlaqədar olaraq həm satış, həm də servis istiqamətində kampaniyalar edirik .

“Istirahət Mövsümü” kampaniyası Tam Yeni Santa FeYenilənmiş Tucson avtomobillərini əhatə edən satış kampaniyasıdır. Kampaniya çərçivəsində bu modelləri alan müştərilər istirahət mövsümü üçün təklif olunan müxtəlif hədiyyələrdən seçim edirlər. Yeni başlamasına baxmayaraq artıq ciddi nəticələr verməyə başlamışdır.

“Yaya Hazırlıq” kampaniyası isə Servis və Ehtiyat hissələrini əhatə edir. Bu kampaniya ilə Hyundai sahiblərinin arxayın şəkildə səyahətlərindən zövq almasına kömək etmək istəyirik. Kampaniya çərçivəsində bütün rəsmi Hyundai servis mərkəzlərində May ayının 31-dək aşağıdakı endirimlər tətbiq olunur:

Elektron diaqnostikaya 50% endirim

Razval-balans işlərinə 50% endirim

İnjektorların yuyulması 50% endirim

Kondisionerin təmiri və qazın vurulmasına 20% endirim

İşçilik haqqına 20%

Ehtiyat hissələrinə 10%

Sadəcə dəqiqləşdirmək istərdik: Avto Azərbaycanşirkəti bütün Hyundai avtomobillərinə xidmət göstərir yoxsa, yalnız rəsmi dilerlər tərəfindən satılan avotmobillərə?

 Avto Azərbaycan şirkəti öz  rəsmi Hyundai servisləri vasitəsilə dilerlərdən alınmış və digər kanallarla başqa ölkələrdən gətirilmiş bütün Hyundai avtomobillərinə xidmət göstərir. Xüsusi qeyd etməliyik ki, bütün rəsmi Hyundai servislərində görülən işlərə və dəyişdirilən bütün ehtiyat hissələrinə 1 il və ya 20 000 km-ə qədər zəmanət verilir.

- Ölkəmizdə tələbat hansı ən cox “Hyundai”  modelinədir?

2015-ci ilə qədər satışların böyük əksəriyyətini SUV tipli avtombillər təşkil ediridi. Son 3 ildə bazar konyukturasındabaş verən dəyişiklər səbəbindən kompakt sedanlara tələbin yüksəldiyini görürük. Bu seqmentdə Accent və Elantra modelləri ilə lider mövqeyindəyik.

Təklif etdiyiniz model sırasında hansı dəyişiklik və yeniliklər gözlənilir?

Tam Yeni Santa Fe modelinin xüsusi məhdud saylı Prestige Plus versiyasının istehsalı başlanmışdır.  Santa Fe Prestige Plus LKA və FCA (Hərəkət Zolağına nəzarət və Ön zərbənin qarşısının alınması), SCC (İntellektual kruiz kontrol) təhlükəsizlik sistemləri, eləcə də sürücü və sərnişinlərin komfortu üçün isə Burgundy dəri oturacaqları kimi premium sinfinə məxsus vacib elementlərlə təchiz olunmuşdur. Çox əlamətdar haldır ki, müştərilər tərəfindən bu verisya çox böyük rəğbətlə qarşılanmışdır.

Bildiyiniz kimi biz Hyundai müasir dövrün tələbi olan elektrik və hibrid  avtomobillərinin istehsalında ciddi irəliləyişə nail  olmuşdur. Biz İONİQ modelinin tam  elektrik versiyasını bazara təqdim etmişdik. Çox yaxında İONİQ modelinin hibrid versiyasını da Azərbaycan alıcısına nümayiş etdirəcəyik.

Ölkə alıcısnın çox yaxşı tanıdığı Sonata modeli bu il yeniləndi. Bu yay 2020 model Sonata Azərbaycana gətiriləcək.

Hazırkı Hyundai model sırası bir az da genişlənir: 5m-ə yaxın uzunluğu olan dəbdəbəli və geniş Palisade SUV modelinin qlobal bazarda təqdimatı olmuşdur. İstehsalçı zavodla apardığımız danışıqlar müsbət nəticələndi. Yay aylarında Palisade Azərbaycan alıcısına da təqdim olunacaq.

- “İkinci əl” avtomobil bazarı ümümi satışınıza necə təsir göstərir?

Son illər ərzində baş vermiş konyuktur dəyişiklikləri ümumən bazarda yeni avomobillərin satışına ciddi təsir etmişdir. Buna baxmayaraq biz bazar payımızı qorumağa nail olmuşuq.

İkinci əl avtomobillər haqqında onu demək istərdik ki, 2016-cı illə müqaisədə ölkəyə avtomobil idxalı 5 dəfədən çox artmışdır, lakin bu artım əsasən köhnə avtomobillər hesabına baş vermişdir. 2015-ci ildə ikinci əl avtomobillər ölkəmizə idxal olunan avtomobillərin 6-7%-ni təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 60%-dən çoxdur. Statistikadan aydın görünür ki, idxalda çox köhnəlmiş dizel mühərrikli avtomobillərin payı dramatik şəkildə artmışdır. 2019-cu ildə idxal olunan dizel modellərin yarısından çoxunun orta dəyəri 4700 $ ətrafındadır ki, bu da onların hədsiz aşınıb köhnəlməsindən xəbər verir. Bu fakt əlbəttə ki, bütün ölkə avtoparkına təsir edir. Bunun nəticəsidir ki, ümumilikdə ölkəmizin avtomobil parkı 1 milyon 170 min ətraflndadır və bunun da 80%-ə qədəri yaşı 10 ildən yuxarı olan avtomobillərdir. Çox köhnəlmiş avtomobillərə tələbatın artmasının əsas səbəbləri devalvasiya və yeni rüsumlar nəticəsində avtomobillərin qiymətinin artması, alıcılıq qabliyyətinin azalması və kreditləşdirmə imkanlarının məhdud olmasıdır. Düşünürük ki, bu tendensiya davam edəcək.

- Öncəki illərdə yaşanan problemli kreditlər ümumi “Hyundai” ailəsinə necə təsir göstərdi?

Bizdə olan məlumat əsasında deyə bilərik ki, problemli kreditlərin içərisində avtomobil kreditləri çox kiçik bir hissə təşkil edir. Bu səbəbdən banklara avtomobil kreditlərinin verilməsi üçün qoyulan 40% və 50% ilkin ödəniş tələbinin aradan qaldırılmasının və bu risklərin bankların öhdəsinə buraxılmasının daha doğru olduğunu düşünürük.

Digər tərəfdən kredit müqaviləsində tərəflər avtomobilin sahibi və banklardır. Buna görə problemli avtokreditlər birbaşa dilerlərə təsir etmir.

- “Loyallıq” kartı barəsində məlumat verərdiniz?

Hyundai Loyallıq proqramı müştəri məmnuniyyətini artırmaq və ayrı-ayrı müştəri qruplarına imtiyazlı xidmətlər təqdim edilməsini nəzərdə tutur. Hal hazırda  6000 ədədə yaxın Hyundai Loyallıq kartı sahibi var. Kart sahiblərinin hesabında Otoplaza dilerində ehtiyat hissələri və servis xidməti alan zaman ödənişin müəyyən qismi bonus şəklində toplanır. Müştərimiz toplanan bonuslarla xidmət haqqını ödəyə bilir.  Bu isə öz növbəsində müştərilərimizə xərclərinə müəyyən qədər qənaət etmək imkanı yaradır. Gələcəkdə kart sahibləri üçün əlavə faydalı xidmətlər təklif etmək  planlarımız var.

Global bazarda markanın vəziyyəti  nə yerdədir?

Global bazarda Hyundai öz mövqelərini ildən ilə möhkəmləndirir. İnfrastrukdur və müasir texnologyanın səsləşməsi Hyundai brendini dünyada ekoloji avtomobil istehsalçısı kimi tanıtmaqdadır. İstehsal müəsisələrinin və məhsulların diversifikasiyasının aparılması, yeni texnologiyaların tətbiqi bu prosesi kifayət qədər dayanıqlı etməkdədir.

Bundan əlavə Hyundai Crandle başlığı altında dünyanın bir çox investisiya və innovasiya mərkəzləri ilə əməkdaşlıqlar həyata keçirir. Bu təşkilatlar stratapları maliyələşdirən və dünyada kifayət qədər mötəbər reputasiyaya sahib qurumlardır.

Hyundai ətraf mühitin qorunması probleminə ciddi töhvə verməyi planlaşdırır. Elektrik və hibrid modelləri sırasının genişləndirilməsi şirkətin yaxın müddətdə prioritet istqamətlərindən biridir. Bundan əlavə Hyundai dünya miqyasında təmiz enerji infrasturkturu yaratmaqla məşğuldur. Belə ki, şirkət yeni Nexo modelindəki unikal texnologiyadan istifadə etməklə, hidrogen yanacağı əsasında yayayış məntəqələrinin ucuz və ekoloji təmiz enerji ilə təmin olunması üçün iri həcmli investisiyalar qoyur.

Avtomobil satışları ilə bağlı rəqəmlərə gəlincə 2018-ci ilə satış sayı  4,586,775 elan edilmişdi ki, bu 2017-ci illə müqaisədə 1.8% yüksəkdir. Satışların ciddi qismini Tam Yeni Santa FeGrandeur modelləri təşkil edir.

2018-ci ildə Amerika bazarında 700 mindən artıq Hyundai avtomobili satılmışdır ki, bunun da 120 mini Santa Fe və 140 mini Tucsondur.

2019-cu ilin hədəfi isə global olaraq 4.68 milyon avtomobilin satışından ibarətdir. Satışların ciddi qismini Palisade, Tam Yeni Santa FeYenilənmiş Tucson hesabına ediləcəyi proqnozlaşdırılır. Yeni təqdimatı olmuş Hyundai Venue modelinin bu prosesə təsiri hələ hesablanmasa da bəzi mütəxəsislər B-SUV seqmentində Creta modelinə rəqibin gətirilməsinin bu seqmentdən tam faydalanmaq üçün hədəfləndiyini düşnürlər.

Məlumat üçün bildirmək istərdim ki, Hyundai avtomobillərinin satışına görə Azərbaycan MDB regionunda liderliyimizi uzun illərdir ki, davam etdirməkdədir.

Niyə “Hyundai” seçməliyik?

Hyundai bütün dünyada avtomoibl sahiblərinin etibarını və rəğbətini qazanmış bir markadır. Qlobal miqyasda satışların davamlı şəkildə artması bunu təsdiq edir. Müasir dizaynlı, zəngin təchizatlı və dözümlü avtomobil – bütün dünyada Hyundai dedikdə bu xüsusiyyətlərlə assosiasiya yaranır. Təsadüfi deyil ki, qlobal dözümlülük və servis xərcləri araşdırmalarında Hyundai daim yüksək nəticələr göstərir. Markanın təcrübəsi və nou-hausu ona imkan vermişdir ki, Genesis markası yaradaraq premium avtomobillər sinfində uğurlu rəqabətə başlasın.

Ölkəmizdəki müştəri bütün yuxarıda deyilənləri bilir və avtomobil seçərkən peşəkar servis imkanları, rəqabətli ehtiyat hissə qiymətləri, çox vacib məqam olan 2-ci əl bazarında təkrar satış qiyməti və təkrar satış rahatlığını nəzərə alır. Bunlardan əlavə yeni avtomobillərə 5 ilə qədər zəmanət müddəti də təklif olunur. Deyilən faktorları analiz edəndə məlum olur ki, Hyundai bu tələblərə cavab verən azsaylı  markalardandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257