BANK

18 Oktyabr
46

Avtomobil bazarı, 10 min manata məsələhətli maşınlar hansılardır?

Avtomobil bazarında hazırda vəziyyət o qədər də ürəkaçan deyil.

Fins.az-ın məlumatına görə, bazara maşınını çıxaran şəxs avtomobilini maksimum baha qiymətə satmaq istəyir ki, qabağa düşsün.

Alıcı isə maşının qiymətini nə qədər mümkündürsə, endirmək istəyir. Beləliklə, bazarda durğunluq halı baş verir.

Maşın bazarında normal maşını neçəyə almaq olar? Məsələ ilə bağlı avtomobil üzrə ekspert - “Avto test”in rəhbəri Elgün Xıdırov Fins.az-a danışıb:

“Normal maşın almaq üçün qiyməti 10000 manata qədər avtomobil axtarırıqsa burada seçim çoxdur. Birinci növbədə avtomobilin yaxşı vəziyyətdə olması üçün bunlara diqqət yetirmək lazımdır: Yaxşı qulluq olunmuş və ciddi qəza keçirməmiş avtomobillərdir. Əgər maşına yaxşı qulluq olunmayıbsa, siz ucuz maşın alıb qabağa düşmək əvəzinə, geri düşəcəksiz. Məsələn, əgər siz qulluq olunmayan maşın alırsızsa, deməli, o, resursunu daha çox itirir. Müəhərriki və sürət qutusunu vaxtı-vaxtında yoxlatmırsa, yağı vaxtında dəyişilmirsə, bunların xərci sizin üstünüzdə qalır. Bu artıq xərcli bir maşın olur. Bunların hamısı ciddi problemdir və hamı bilir. Amma variantlar da var. Məsələn hibrid avtomobilləri. Hibrid maşınları ilə yanacaqda yaxşı qənaət etmək olur. Burada da bir amma var. ABŞ-dan gələn xüsusən də 2010-cu ilə qədər olan hibridlərdə mühərrik problemləri var. Batareyaların resursları 5 ildən sonra zəifləyir. İşlənmiş batareyalar da almaq olar, amma onlar da uzunömürlü deyillər. Yeni batareyalar isə servislərdə var, amma çox bahadır. Hansı maşınlara üstünlük vermək olar? Birinci növbədə, kompakt olmalıdır. Sürət qutusu mexanika olsa, daha uğurlu olar, çünki onun istismar müddəti çoxdur və əgər texniki problem yaransa da, onun xərci avtomatdan azdır".

Müəllif: Tuncay Türbəndəzadə