SƏNAYE

“Petkim”in Baş direktoru Anar Məmmədovdan ikinci zavodla bağlı AÇIQLAMA
10 OKTYABR
171

“Petkim”in Baş direktoru Anar Məmmədovdan ikinci zavodla bağlı AÇIQLAMA

2019-10-10 20:33:00

"Azərbaycan Dövlət Neft Şirkəti  Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq".

Bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

A.Məmmədov qeyd edib ki, 1,8 milyard ABŞ dolları sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinə 2020-ci ilin I yarısında başlanılması planlaşdırılır: "BP və “SOCAR Türkiyə”nin həyata keçirəcəyi layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə tutulur. "Merkuri" adlanacaq layihə üzrə hazırda texniki sənədləşdimə prosesi aparılır"

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır