SƏNAYE

Baş direktor: “STAR “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır”
10 OKTYABR
101

Baş direktor: “STAR “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır”

2019-10-10 15:47:00

“Layihə hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər biri 36 500 kubmetrlik ara məhsul çənlərini əhatə edir. Ümumilikdə 342 000 kubmetr anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması gözlənilir”

Fins.az-ın məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun Baş direktoru Məsut İlter bildirib.

M. İlter qeyd edib ki,STAR zavodunun anbar tutumunun artırılmasına yönəldilən bu layihə çərçivəsində mövcud 1,6 milyon kubmetrlik anbar tutumunun 2,5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur: “Layihə hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər biri 36 500 kubmetrlik ara məhsul çənlərini əhatə edir. Ümumilikdə 342 000 kubmetr anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması gözlənilir”.

STAR NEZ-in 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanılıb və hazırda istehsal prosesi uğurla davam etdirilir: “İlk məhsul satışı 2019-cu ilin yanvarında “Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. STAR NEZ-in əsas hədəfi “Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod “Petkim”in yaxınlığında inşa edilib və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 000 ton nafta tədarük edilib”.

O qeyd edib ki, bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində, “Petkim”in yükləmə limanında sıxlıq azalıb və ixrac mallarının yüklənməsi asanlaşıb”.

 Müəllif:Vüqar Bağırov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır