SƏNAYE

STAR NEZ -in “Petkim”ə tədarük etdiyi naftanın miqdarı AÇIQLANIB
10 OKTYABR
76

STAR NEZ -in “Petkim”ə tədarük etdiyi naftanın miqdarı AÇIQLANIB

2019-10-10 12:52:00

2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 000 ton nafta tədarük edilib 

Fins.az xəbər verir ki, bu barədə Türkiyədə STAR  NEZ -in fəaliyyəti ilə bağlı keçirilən tədbirdə məlumat verilib . 

Qeyd olunub ki, STAR NEZ-in 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanıldı və hazırda istehsal prosesi uğurla davam etdirilir. İlk məhsul satışı 2019-cu ilin yanvarında “Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. STAR NEZ-in əsas hədəfi “Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod “Petkim”in yaxınlığında inşa edilmişdir və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 000 ton nafta tədarük edilib. Ehtiyac duyduğu xammalın STAR zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır. Bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində, “Petkim”in yükləmə limanında sıxlıq azalmış və ixrac mallarının yüklənməsi asanlaşmışdır.

Müəllif:Vüqar Bağırov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır