SƏNAYE

Qazaxıstan neft-qaz layihələrində Azərbaycanın maşınqayırma sənayesi məhsullarından istifadə edəcək
09 OKTYABR
85

Qazaxıstan neft-qaz layihələrində Azərbaycanın maşınqayırma sənayesi məhsullarından istifadə edəcək

2019-10-09 12:48:00

Azərbaycanın maşınqayırma sənayesi məhsulları Qazaxıstanda neft-qaz sahəsində həyata keçirilən layihələrdə istifadə olunacaq.

Fins.az-ın məlumatına gör, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, artıq hər iki ölkənin energetika nazirlikləri səviyyəsində buna dair razılıq əldə olunub: "Qazaxıstanda neft-qaz sahəsində həyata keçirilən layihələr üçün Azərbaycanın maşınqayırma sənayesi vacib rol oynaya bilər. Bu istiqamətdə il ərzində bir sıra addımlar atılacaq. Bununla belə, bir çox Azərbaycan şirkətləri bu gün Qazaxıstanın infrastruktur layihələrində, o cümlədən neft-qaz sənayesində böyük uğurla iştirak edir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır