SƏNAYE

Rusiyalı nazir: Dünya neft bazarındakı tarazlıq OPEC+ ölkələrinin əməyidir
08 OKTYABR
82

Rusiyalı nazir: Dünya neft bazarındakı tarazlıq OPEC+ ölkələrinin əməyidir

2019-10-08 16:47:00

Bu gün dünya neft bazarındakı tarazlıq OPEC+ iştirakçı ölkələrinın fəaliyyəti nəticəsində əldə olunub.

Fins.az xəbər verir ki, bunu Rusiya energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, qarşıdakı qış mövsümü ilə bağlı müəyyən risklər var, lakin hazırda bazarda həm OPEC+ ölkələrinin atdığı addımlar, həm də başqa ölkələrdəki hasilatın ötən ilə nisbətən 1 milyon barel çox olması sayəsində tarazlıq hökm sürür.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə olan razılaşma gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 1,2 milıyon barel azaltmağı nəzərdə tutur. O cümlədən ən iri neft istehsalçıları olan Səudiyyə Ərəbistanı hasilatı 322 min, Rusiya da 228 min barel azaltmaq öhdəliyi götürüblər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır