SƏNAYE

Saltuk Düzyol:"Sentyabr ayının sonuna qədər TANAP vasitəsilə Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib"
08 OKTYABR
96

Saltuk Düzyol:"Sentyabr ayının sonuna qədər TANAP vasitəsilə Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib"

2019-10-08 11:12:00

"Bu il sentyabr ayının sonuna qədər TANAP vasitəsilə Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib"

Fins.az-ın məlumatına görə bu barədə  İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın Baş direktoru Saltuk Düzyol bildirib.

TANAP rəsmisi qeyd edib ki, "Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi  2018-ci il iyunun 12-də keçirilib, elə həmin ayın  30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək."Bu il sentyabr ayının sonuna qədər TANAP vasitəsilə Türkiyəyə 2,7 mlrd. kubmetr təbii qaz nəql edilib"

 Müəllif:Vüqar Bağırov

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır