SƏNAYE

Saltuk Düzyol: "İnşaat; həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50,908,400 kubmetr təşkil edib"
08 OKTYABR
113

Saltuk Düzyol: "İnşaat; həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50,908,400 kubmetr təşkil edib"

2019-10-08 10:42:00

 "İnşaat; həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50,908,400 kubmetr təşkil edib"

Fins.az xəbər verir ki, bu barədə  İstanbulda keçirilən mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib 

 Baş direktor  bildirib ki,Trans-Anadolu qaz boru kəmərinin -TANAP səhmdarları TANAP-ın işlənilməsindən illik 1,45 mlrd. dollar gəlir əldə edəcək: "Bu gəlirin 58% Azərbaycanın payına düşəcək. Trans-Anadolu qaz boru kəmərinin işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq və Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq.

 TANAP layihəsi çərçivəsində bu günədək boru kəməri boyunca sosial və ətraf-mühitin mühafizəsi məqsədilə 1000-ə yaxın layihə həyata keçirilib.Layihənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf-mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına beynəlxalq standartlara əməl olunub. TANAP rəsmisi qeyd edib ki,  layihədə cəmi 114 251 824 adam/saat iş yerinə yetirilib: “İnşaat; həyata keçirilən qazıntı işlərinin ümumi həcmi 50,908,400 kubmetr təşkil edib”. 

Müəllif:Vüqar Bağırov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır