SƏNAYE

TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu
08 OKTYABR
71

TANAP üzərindən Türkiyəyə daşınan qazın həcmi məlum oldu

2019-10-08 10:25:00

2019-cu il sentyabr ayının sonuna qədər TANAP üzərindən Türkiyəyə 2.7 milyard kubmetr qaz daşınıb.

Fins.az-ın məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.

O qeyd edib ki, yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11.7 milyard dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 45% qənaətə nail olunub və layihəyə 6.5 milyard dollar sərmayə yatırılıb.

S.Düzyol vurğulayıb ki, boru xəttinin keçdiyi ən yüksək nöqtə 2760 metr olmaqla Ərzincan Qızıldağ mövqeyi oldu: ”Ən dərin nöqtə isə 65 metr olmaqla Çanaqqala boğazı olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır