SƏNAYE

“Azəriqaz” rəhbərliyi beş rayonda vətəndaş qəbulu keçirib
04 OKTYABR
131

“Azəriqaz” rəhbərliyi beş rayonda vətəndaş qəbulu keçirib

2019-10-04 16:01:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Salyan rayonunda sakinlərlə görüşüb.

“Azəriqaz”dan verilən məlumata görə, Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Sabirabad və Saatlı, Ruslan Əliyev isə Şirvan şəhəri və Hacıqabul rayonunun sakinlərinin problemlərini dinləyiblər.

Bildirilib ki, qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır