SƏNAYE

Azərbaycan maye qazın ixracını azaldıb
23 SENTYABR
112

Azərbaycan maye qazın ixracını azaldıb

2019-09-23 15:49:00

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 41,82 min ton maye qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8% azdır.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən dövr ərzində respublikadan ixrac edilən maye qazın dəyəri 9,32 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 13% azdır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan 81,7 min ton (2017-ci illə müqayisədə 0,9% az) maye qaz ixrac edib.

© APA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır