SƏNAYE

Azərbaycanda benzin istehlakı artıb
23 SENTYABR
109

Azərbaycanda benzin istehlakı artıb

2019-09-23 15:38:00

Azərbaycanda 2018-ci ildə avtomobil benzinin istehlakı 1,3 mln. ton təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,7% çoxdur.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən il ölkədə dizel yanacağının istehlakı əvvəlki ilə nisbətən 1% azalaraq 1,3 mln. tona yaxın olub.

Bundan başqa, 2018-ci ildə Azərbaycanda maye qazın istehlakı illik müqayisədə 20,2% artıb və 154,4 min ton təşkil edib.

Əsas növ neft emalı məhsullarının istehlakı (min ton):

Məhsul

2018-ci il

2018-ci il 2017-ci ilə nisbətən, faizlə

Avtomobil benzini

1 296,6

100,7

Dizel yanacağı

1 299,4

99

Neft-kimya sənayesində istifadə üçün benzin

201,3

111,2

Aviasiya üçün və sair ağ neft

394,7

119,1

Neft bitumu

283,2

122,7

Maye qaz

154,4

120,2

Sürtkü yağları

48,4

113,1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır