SƏNAYE

“Şahdəniz” qazının ixracı 32% artıb
16 SENTYABR
103

“Şahdəniz” qazının ixracı 32% artıb

2019-09-16 12:32:00

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 862,5 mln. kubmetr qaz nəql edilib.

Fins.az xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8% artım müşahidə olunub. Qazın nəqlinin 36,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Hesabat dövründə bu kəmərlə 6 587,3 mln. kubmetr qaz ötürülub ki, bu da ötən ilin müvafiq dövründən 32% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır