SƏNAYE

Neft, Səudiyyənin yeni Energetika naziri ilə bahalaşır
09 SENTYABR
86

Neft, Səudiyyənin yeni Energetika naziri ilə bahalaşır

2019-09-09 14:59:00

Səudiyyə Ərəbistanın kralı Salman, Energetika naziri Xalid Əl-Falihi vəzifəsindən azad edib və yerinə oğullarından biri olan Şahzadə Əbduləziz bin Salmanı təyin edib.

Fins.az xəbər verir ki, beynəlxalq bazarlarda, yeni nazirin neft hasilatının azaldılmasını sürətləndirəcəyi və bunun da qiymətləri qaldıracağı fərziyyəsi var. Bu fərziyyə neft qiymətlərinin qalxmasına təkan verib. Rusiyadan bir səlahiyyətli, ölkəsinin Səudiyyə Ərəbistanı ilə mühüm ittifaqı davam etdirmək istədiyini qeyd edib. 

Neft qiymətləri, ABŞ-da xam neft ehtiyatlarının düşməsi və ABŞ iqtisadiyyatında durğunluq olacağına dair narahatlıqların azalmasının təsiri ilə də yüksəlib. 

Qərbi Texas neftinin (WTI) qiyməti 57.20 dollara, Brent neftinin qiyməti isə 62.19 dollara çatıb. Qiymətlər 1 faiz civarında artıb.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır