SƏNAYE

Yanvar-iyul aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 34,7% artıb
20 AVQUST
103

Yanvar-iyul aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 34,7% artıb

2019-08-20 12:22:00

2019-cu ilin yanvar-iyul aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 5 mlrd. 811,8 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34,7% çoxdur. Bu barədə fins.az-a agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Cari ilin yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 36,3%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.

Bütövlükdə, yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 15 mlrd. 999,6 mln. kubmetr qaz nəql edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 20,3% çoxdur.

2018-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 8 mlrd. 386,9 mln. kubmetr təşkil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır