SƏNAYE

Zavodlarda 1000 ton toxum emal olunub
14 AVQUST
103

Zavodlarda 1000 ton toxum emal olunub

2019-08-14 17:08:00

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki  şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında 1 ay ərzində 1000 ton yerli və xarici toxum emal olunub.

Fins.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir  və emal olunmuş toxum 5000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər. 

Emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.

Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsumdə  toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.

Qeyd edək ki, hal-hazırda zavodlarda emal prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır