SƏNAYE

Bir neçə sənaye müəssisəsinin qaz təchizatı dayandırılıb
07 AVQUST
75

Bir neçə sənaye müəssisəsinin qaz təchizatı dayandırılıb

2019-08-07 10:09:00

Bu gün saat 10:00-dan etibarən Bakının Xəzər rayonunun Türkan Üzümçülük sovxozunda yerləşən qeyri-yaşayış sahəsinə çəkilmiş orta təzyiqli qaz xəttinin sənaye kollektoruna birləşdirilməsi işləri görüləcək.

Bu barədə Fins.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, işlər başa çatana qədər "Sevil", "Rəvan-Turan", "AGRO", "Bərəkət" MMC-lərin və daha bir neçə obyektin qaz təchizatı dayandırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257