SƏNAYE

Şənbə və bazar günləri də yeni smart kartlar təqdim olunub
22 İYUL
179

Şənbə və bazar günləri də yeni smart kartlar təqdim olunub

2019-07-22 15:20:00

Ötən şənbə və bazar günləri “Azəriqaz” İB səhər saat 09.00-dan 18.00-dək gücləndirilmiş rejimdə çalışıb. Birliyin inzibati binasında, Babək prospektində yerləşən Bakı Regional Qaz Satışı Departamentində və Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrində gün ərzində qüsursuz xidmət göstərilib. Kütləvi şəkildə həyata keçirilən sayğac dəyişikliyi ilə bağlı abonentlərə yeni smart kartlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır