SƏNAYE

Azərbaycanda əmtəəlik qaz hasilatı 35% artıb
17 İYUL
144

Azərbaycanda əmtəəlik qaz hasilatı 35% artıb

2019-07-17 10:00:00

Bu ilin I yarısında Azərbaycanda 18 799,3 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə xam neftin 18 736,1 min tonu əmtəəlik neftin payına düşüb. Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3% azdır.

Hesabat dövründə ölkədə qaz hasilatının həcmi isə 17 312,2 mln. kubmetr olub. Bu həcmin 11 989,7 mln. kubmetri əmtəəlik təbii qaz olub. Bu ilin I yarısında qaz hasilatının həcmi ötən ilin müvafiq dövründən 19,4%, əmtəəlik qaz hasilatının həcmi isə 35% çox olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır