SƏNAYE

Azərbaycanda metanol istehsalı artır
15 İYUL
192

Azərbaycanda metanol istehsalı artır

2019-07-15 10:15:00

ARDNŞ-in metanol zavodunda ilin sonunadək 350 min ton metanol istehsalı planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Trend-ə ARDNŞ-dən məlumat verilib.

Şirkətdən bildirilib ki, keçən il təxminən 230 min ton metanol istehsal olunub və proqnozlara əsasən bu rəqəmlər hər il artacaq.

Xatırladaq ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə zavod olan "SOCAR Metanol" məhsul satışına 2014-cü ilin yanvarından başlayıb. İllik maksimal istehsal gücü 650-700 min tondur.

 

Zavodun dəyəri 520 milyon dollar səviyyəsində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır