SƏNAYE

"Bloomberg": Boeing 737-nin istehsalı üzrə proqramın rəhbəri istefaya gedir
12 İYUL
132

"Bloomberg": Boeing 737-nin istehsalı üzrə proqramın rəhbəri istefaya gedir

2019-07-12 12:53:00

"Boeing" aviakonserninin 737 modelinin istehsalı üzrə proqramın rəhbəri Erik Londblad istefaya gedir.

Fins.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, E.Lindbladın öz vəzifəsini tərk edəcəyi barədə şirkətin əməkdaşlarına "Boeing"in kommersiya fəaliyyəti şöbəsinin rəhbəri Kevin Makalister deyib.

Onun sözlərinə görə, E.Lindblad istefaya getmək istəyinin olduğu barədə ötən il bildirib.

K.Makalister qeyd edib ki, E.Lindbladın vəzifəsinə Mark Cenks təyin ediləcək.

M.Cenks hazırda orta sinif "Boeing" modelinin hazırlanması ilə məşğul olan bölmənin rəhbəri vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır