SƏNAYE

Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb
15 İYUN
220

Azərbaycanın təbii qaz ixracından gəlirləri 75% artıb

2019-06-15 19:43:00

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 4 903,337 mln. kubmetr həcmində təbii qaz ixrac edib.

Fins.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 871,621 mln. ABŞ dolları təşkil edib.

Bu ilin beş ayında ixrac olunan təbii qazın həcmi ötən ilin müvafiq dövründən 78,8%, dəyəri isə 74,7% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,1% olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır