SƏNAYE

Azərbaycan xam neft ixracını 19% artırıb
15 İYUN
138

Azərbaycan xam neft ixracını 19% artırıb

2019-06-15 19:41:00

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 14 058,382 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Fins.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 6 721,58 mln. ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunan xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 19,3%, dəyəri isə 13,5% çox olub.

Bu ilin ilk 5 ayında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 78% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027