SƏNAYE

Norm Sement mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib
24 MAY
157

Norm Sement mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib

2019-05-24 17:30:00

Ramazan ayı birlik və bərabərlik rəmzidir.

Bu müqəddəs ayın gəlişi münasibətilə Norm Sement ənənəvi olaraq bu il də mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

İftarda 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Şirkət nümayəndələri öz növbəsində qonaqları salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiyinə görə hər kəsə təşəkkür bildirib və onlara xoş arzularını çatdırıblar.

 Qonaqlar Norm Sement tərəfindən onlara hər zaman göstərilən qayğı və diqqətdən məmnun qaldıqlarını, belə tədbirlərin digər şirkətlərə də nümunə olmasını və ənənəvi hal almasını arzuladıqlarını bildiriblər.

Azərbaycan cəmiyyətinin inkişafında, formalaşmasında, maariflənməsində və Azərbaycan həqiqətlərinin və uğurlarının dünyaya çatdırılmasında mətbuatın rolu əvəzsizdir. Norm Sement bu çətin və məsuliyyətli peşə sahiblərini daim diqqət mərkəzində saxlayaraq, KİV nümayəndələri ilə olan qarşılıqlı işgüzar və tərəfdaşlıq münasibətlərini qoruyur və daha da möhkəmlənməsi üçün çalışır.

Norm Sement həm korporativ sosial məsuliyyət çərçivəsində, həm də sement və beton sahəsində yeniliklər etməyə davam edir. Şirkət iyun ayının 20-də CPİ Wordwide jurnalı və ICCX Academy-nin dəstəyilə Azərbaycanda ilk dəfə keçiriləcək “Azərbaycanda Müasir Beton Texnologiyaları və İnşaat Sektorundakı Trendlər” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək.

Norm Sement istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement olmaqla Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda hal-hazırda 5 çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20), CEM I 52.5N – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A400, KLASS B, KLASS C500, KLASS S və KLASS 1 adı ilə satışa çıxarılır.

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263