SƏNAYE

Qlobal elektrik enerjisinin istehsalı üzrə xərclərlə bağlı yeni məlumat
15 MAY
127

Qlobal elektrik enerjisinin istehsalı üzrə xərclərlə bağlı yeni məlumat

2019-05-15 16:57:00

Ötən il qlobal miqyasda elektrik enerjisinin istehsalı üzrə sərmayələr əvvəlki illə müqayisədə 1,8 faiz azalaraq 478 milyard dollar olub. Fins.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin  “Dünya Enerji İnvestisiyaları 2019” adlı hesabatında deyilir.Məlumatda bildirilir ki, bu vəsaitin 304 milyard dolları bərpaolunan enerji mənbələrinə yönəldilib. 127 milyard dollar fosil yanacaq mənbələrindən elektrik enerjisi istehsalına, 47 milyard dollar isə atom enerjisinə xərclənib.

Elektrik şəbəkəsi və depolama sahəsinə investisiyalar da 2018-ci ildə əvvəlki ilə görə 0,33 azalaraq 297 milyard dollar təşkil edib. Hesabat ilində enerji səmərəliliyi üzrə xərclər isə 0,41 artaraq 240 milyard dollara çatıb. Bərpaolunan enerji mənbələrinin istilik və nəqliyyatda istifadəsini artırmaq üçün 25 milyard dollar sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır