ANALİTİKA

Bitcoin niyə bahalaşır ?
09 İYUL
272

Bitcoin niyə bahalaşır ?

2019-07-09 11:03:00

Son günlər Bitcoin və digər kriptovalyutaların qiymətlərində kəskin bahalaşma muşahidə edilir. Bu səbəbdən çoxsaylı investorlar  kriptovalyutalara sərmayə qoyuluşunu artırır və bu amil də birjalarda kripto valyutaların qiymətinin kəskin artımına təkan verən amillərdən biri kimi bu amil göstərilir.Bu fonda ilk kriptovalyuta olan  Bitcoin qiymətininin dəyişməsi daha çox diqqət özünə cəlb edir.Hazırda dünyada iki mindən çox kriptovalyuta var. Bitcoin birinci kripto  valyuta olduğu üçün investorlar Bitcoin daha çox etibar edirlər və alırlar. Bu səbədən digər kriptovalyutalara nisbətdə Bitcoin-in qiymətində daha kəskin artım və azalma muşahidə olunur. Bitcoin limitli pul kütləsi ilə xarakterizə olunur.  Maksimal 21 milyon Bitcoin mayn oluna bilər.Açıqlanan göstəricilərinə görə 17,798,112 BTC mövcuddur. Mayninq prosesi Bitcoin və digər kriptovalyutaların yaranması üçün yeganə  vasitədir. Ümumi iqtisadi prinsiplərdə olduğu kimi bir mal və ya əmtənin çox az olduğu təqdirdə ona tələb artdıqda qiymət qalxır. Bu proses Bitcoinin birjalardakı volatilliyinə də aid edilir.

Ayrı-ayrı ölkələr və Mərkəzi banklar blokçeyn texnologiyası ilə əlaqəli layihələr reallaşdırır. Bu sahədə mütəxəssislər cəlb edilir. Bir çox ölkələrin Mərkəzi bankları öz kriptovalyutasını yaratmağı planlaşdırır. Misal üçün Çin Dövləti öz yuan kriptovalutasının yaratmağa hazırlaşır. Dünya İqtisadi Forumunun verdiyi məlumata görə 2018 ci ildə Çin mərkəzi bankı öz kriptovalyutasını istehsal edəcəyi barədə məlumat vermişdi. Avropa öləkələri, Rusiya, Qırğızıstan və s. ölkələr öz kriptovalyutasını buraxmaq istədiyi haqda məlumat verib. Blokçeyn texnologiyasının bir çox müsbət cəhətləri var və gündəlik ticari prosesin effektivləşməyinə və səmərəliyinə pozitiv təsiri blokçeyn texnologilarının iqtisadiyyatda tətbiqi çox əlverişlidir.Məhz buna görə Bitcoin qiyməti qalxır və investorların ona olan etibarı yenidən çoxalır.

Bitcoin kəskin bahalaşmasının əsas səbəbi kimi son günlərdə nəhəng sosial şəbəkə olan Facebook-un 2020-ci ilin əvvəlində Libra adında kriptovalyutasını buraxmaq haqda hazırlıqlar gördüyünü açıqlamasıdır. Digər kriptovaluyutalardan fərqli olaraq Facebook öz valyutasın stabil şəkildə firmalaşdıracaq yəni 1 Libra = 1 Dollara bərabər edəcək. Bu spekulyasiya halların həll edilməsində böyük rol oynayacaq. Facebook iri sosial şəbəkədir və aylıq aktiv istifadəçilərin sayı 3 milyarda yaxındır və bu  kütlə təqribən dünya əhalisinin 40% -na yaxın hissəsini təşkil edir. Facebook – dan əvvəl Telegram və digər sosial şəbəkələr öz kriptovalyutasını yaradacığı barədə məlumatlar tirajlamışdırlar. Hazırda Amerika, Yaponiya və digər ölkələrdə yerli sosial şəbəkələr kriptovalyutalarla  maraqlanırlar və öz kriptovalyutlarını yaratmağı planlaşdırırlar.Bitcoin və ümumiyətlə kriptovalyutaların təbiəti məxfi olduğu üçün hansı şəxsdə nə qədər sayda olduğunu bəlli etmək çətindir. Bu səbəbdən böyük oyunçular bazarda olan kriptovalyutaları saxlayaraq qiymət artımına səbəb olurlar. Bazar iştirakçıları qiymətlərin daha çox artacağını gözləyirlər və bu səbəbdən ona olunan riskli yatırımlar artır. Hökümətlər və özəl qürumların blokçeyn texnologiyasına marağı, sosial şəbəkələrin öz kriptovalyutasını yaratması prosesi gələcəkdə davam edərsə bu Bitcoin qiymətlərinə müsbət təsir edəcək. 2019 - cu ildə Bitcoin maksimal dəyəri 15min ABŞ Dollarına yaxın olub. Bu ötən ilin dekabr ayına nisbətdə 4 dəfə bahalaşdığınım göstəriciləridir. Ümumiyyətlə bitcoinin maksimal dəyəri 20 minə yaxın olub. Bu rəqəm onu göstərir ki, yenidən kriptovalyutalara artan maraq fonunda Bitcoin yenidən bu qiymətə ticarət oluna bilər.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257