ANALİTİKA

11 Dekabr
21

Bu il: "Holcim Azərbaycan"ın zirvəsi

Fins.az "Holcim Azərbaycan" şirkətinin İctimayyətlə əlaqələr üzrə meneceri Rəna Tahirovanın 2018-ci ilin yekunları barədə müsahibəsini təqdim edir

2018-ci ilin tikinti materiallar bazarını necə dəyərləndirərdiz?

Müasir memarlıq layihələrin həyata keçirilməsi tikinti materiallarına yeni tələblər qoyur. Buna misal olaraq Holcim Azərbaycanın sement ilə inşa edilmiş Beynəlxalq Ələt Dəniz limanını göstərmək olar.

2018-ci ildə hansı kampaniyaları həyata keçirmisiz və hansı kampaniyalarda geridönüş olub?

Tikinti sektorunda kompleks həll yolları və yeniliklər təqdim edərək Holcim müştəri yönümlü şirkət olmağa çalışır. Şirkət xüsusilə son illərdə müştərilərə təqdim olunan xidmətlərin və məsulun keyfiyyətinin artırılması üzərində işləyir və onları həvəsləndirmək üçün kampaniyalar təşkil edir. Həmçinin spesifik tətbiq sahələri üçün məhsulların çeşidlərinin artırılmasına çalışır. 2017-ci ildə başlayan Optimal məhsulunun təkmilləşdirilməsinin davamı olaraq Fransada yerləşən elmi tədqiqat mərkəzi ilə birgəəməkdaşlıq çərçivəsində yeni tərkiblər (reseptlər) hazırlanmışdır. Aparılmış müstəqil sınaqların nəticələrinəəsasən Spesial və Sprint məhsullarının keyfiyyəti daha da artırılmış və onlar tikinti bazarında ən yaxşı tətbiq yönümlü məhsula çevirmişdir. Keçən ildən yaradılan "Holcim Plus" loyallığı proqramının iştifadəçiləri durmadan artır. Bu proqram müştərilərə “RƏMZ”lər toplamaq və sonra toplanmış xalları təklif edilən hədiyyələrə çevirmək imkanı yaradaır. Sement istifadəçiləri arasında isə stimul yaratmaq məqsədilə Spesial sementi üçün “1000 kisədə xalis qızıl” kampaniyasına cari ilin may ayindan start verilmişdir. Holcim şirkəti hər zaman müştərilərin yanında olmağa, onların ehtiyaclarını anlamağa və həll yolları təqdim etməyə çalışır.

Holcim bu il hansı uğurları əldə edib?

2018-ci ildə Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması üzrə ilin ən yaxşı müəssisəsini təltif etdi. İl ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti izləmiş və qiymətləndirilmişdir. Müsabiqənin qalibi Holcim Azərbaycan şirkəti olmuşdur. Bu şirkət üçün 2018-ci ilin ən böyük uğuru hesab olunur.

Müstəqil araşdırmaların nətəcələri şirkətin zəngin tarixə malik və tikinti bazarında innovativ şirkət olduğunu təsdiq edir. Holcim müştərilərin sayını artırmaq, kefiyyətin davamlılığını saxlamaq, məhsul çeşidlərini və istehsalını ildən ilə artırmaq gücünə malikdir. Bu da peşəkar işçi heyətinin olması ilə bağlıdır. Hal hazırda əməkdaşların 99%-i yerli kadrlarlardan ibarətdir. Bununla bərabər mütəxəssislər nəinki Azərbaycanda hətta qrup daxili digər ölkələrdə çalışırlar.

Digər nailiyyət “Holcim Akademiyası” adlandırılan Təlim-Tədris, Məsləhət və Məlumat mərkəzinin yaradılmasıdır. Mərkəzin özəlliyi innovativ texnologiyaların, yeni inşaat materiallarının istifadəsi, tətbiq sahəsi barəsində məlumatların çatdırılmasından ibarətdir ki, bu da ustaların peşəkarlığı ilə yanaşı onların gəlirlərinin artırılmasına səbəb olacaq. Burada suvaqçı, bənna peşəsinə yiyələnmək istəyən ustalar pulsuz praktiki təlim və seminarlarda iştirak edərək yeni peşəyə sahib ola bilərlər, bu öz növbəsindəişsizliyin aradan qaldırılmasına müsbət təsir edəcək.

Şirkət olaraq “Made in Azerbaycan”dan yararlanırsınızmı? Və bunlar hansılardı?

Beynəlxalq təcrübəyə, tikinti materialları sənayesində dünya liderliyi və zəngin tarixə malik olan şirkət "Made in Azerbaijan" brendinə dəyər yaradır bu da öz növbəsində qonşu ölkələrə ixracın həcminin artırılmasına öz təhvəsini verir.

Tikinti sahəsi üzümüzə gələn il də prioritet olacaqmı? 2019-cu ildə nə planda var?

İqtisadiyyatın davamlı artdığı bir olkədə tikinti sektoru ölkə iqtisadiyyatına hər zaman gəlir gətirən prioritet istiqamətlərdən sayılır. Ümumilikdə qarşıdan gələn ilin əvvəlki ildə olduğu kimi tikinti sahəsi üçün uğurlu olacağı gözlənilir. Ənənəvi sement satışı ilə yanaşı şirkətin əsas hədəfi yol infrastrukturunda innovativ həllər, tərəfdaşların bizneslərinin inkişafına köməklik etmək və ölkədə tullantıların utilizasiyasına yeni həllər təqdim etməkdən ibarətdir. Əlavə olaraq “Holcim Akademiyası” kimi layihələrin artırılması nəzərdə tutulur.

Dünya bazarında 100 illik təcrübəyə malik olan Holcim-i hər kəs yüksək keyfiyyətli sement istehsal edən Qaradağ sement zavodu kimi tanıyır. Lakin onun tullantıların utilizasiyası və təkrar emal texnologiyalarına malik olduğunu az adam bilir. Artıq yararsız təkərlərlə ilk uğurlu sınaqlar həyata keçirilib və digər materiallarla genişmiqyaslı testlər üçün hazırlıqlar aparılır. Təbii enerji mənbələrinin bu növlərləəvəz edilməsi ətraf mühitin mühafizəsinə dair bir neçə funksiyanı həll etməyə imkan verir: ətraf ərazilərin, hava, su hövzələri və torpağı çirkləndirən tullantıların təhlükəsiz şəkildə utilizasiyası, eləcə də bərpa olunmayan təbii ehtiyatların saxlanması və s.

Təkcə təkrar emal üçün həllər deyil, həm də neft və neft məhsulları ilə çirklənmiş torpağın toksinlərdən inertizasiyası üçün innovativ yanaşmalar təklif edir. Sement əsasında hazırlanmış Inercem məhsulu buna ən parlaq nümunədir. Bu imkan və texnologiyalar şirkət tərəfindən "Geocycle" brendi altında təqdim olunacaq.

Müəllif: Tuncay Türbəndəzadə